"Mən bu məhsulların Azərbaycana gətirilməsinin əleyhinəyəm"

"Mən bu məhsulların Azərbaycana gətirilməsinin əleyhinəyəm"

"Ümumilikdə Azərbaycanda taxıl toxumuna təlabat 196 min 300 tondur. Bu il Azərbaycanda 198 min 300 min ton toxum istehsal olunub ki, bu da təlabatdan 2 min ton çoxdur". SİA-nın xəbərinə görə, kənd təsərrüfatı naziri İsmət Abasov belə deyib.

Nazir bildirib ki, 2 ilə ölkə buğdaya olan təlabatını tam ödəyəcək: "Ölkə başçısı qarşımızda məsələ qoyub ki, Azərbaycan 1-2 ilə buğdaya olan təlabatını tam ödəməlidir. Bizdə bunun üçün lazım olan hər şeyi edəcəyik".

"Mən geni dəyişdirilmiş məhsulların Azərbaycana gətirilməsinin tam əleyhinəyəm. Düşünürəm ki, ölkəmizdəistehsal olunan məhsulların keyfiyyəti əvəzolunmazdır", - deyə nazir geni dəyişdirilmiş məhsulların Azərbaycana gətirilməsinə münasibət bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə