"Subsidiya hələ ki, sahiblərinə çatmayıb”

"Subsidiya hələ ki, sahiblərinə çatmayıb”

"Ölkədə toxum istehsalı ilə məşğul olan, 224 hüquqi və fiziki şəxsə veriləcək təqribən 5 mln. manat məbləğində subsidiya hələ ki, sahiblərinə çatmayıb".

SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov deyib. Onun sözlərinə görə, bu subsidiyaların verilməsi ilə Nazirlər Kabineti yananda mövcud olan və tərkibinə müxtəlif dövlət qurumlarının daxil olduğu Ekspert Şurası ötən ilin dekabrın sonlarında bu fermerlərə subsidiyaların verilməsi ilə bağlı qərar qəbul edib: "Qərar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiqlənərək subsidiyaların ödənilməsi üçün Maliyyə Nazirliyinə göndərilib. Lakin hələ ki, müəyyən texniki səbəblərə görə onların vaxtında ödənilməsi mümkün olmayıb".

Nazir bildirib ki, yaxın günlərdə fermerlər öz subsidiyalarını alacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə