"58 rayondan daxil olmuş 1399 kənd ərazi komissiyasının sənədlərinə baxılıb. 622 262 hektar sahədə əkilmiş buğda üçün 24 milyon 890 489 manat vəsaitin ödənilməsi üçün komisiyanın qərarını Maliyyə Nazirliyinə göndərəcəyik". SİA-nın məlumatına görə bunu kənd təsərrüfatı naziri İsmət Abbasov deyib.
Onun sözlərinə görə, Maliyyə Nazirliyi bu vəsaiti təssiqlədikdən sonra müvafiq olaraq Kapital bankdan şəxslər hesablarına yatırılmış vəsaiti götürəcəklər.
Nazir həmçinin ilin yekunları ilə də bağlı məlumat verib: "Ölkənin kənd təsərrüfatında 2012-ci ilin 11 ayında 5,7% artım qeydə alınıb. Ümumiliksə isə 2012-ci ildə kənd təsərrüfatında 6-7 % artım olub. Əslində bu göstərici ölkə üçün yaxşıdır. Lakin nəzərə alsaq ki, Sovet hakimiyyəti dövründə Azərbaycan daha çox məhsul istehsal edib. Ona görə də gələcəkdə bu artımın daha da çox olması üçün çalışacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB