Vüqar Bayramlı: “İvanşvili başa düşdü ki, Azərbaycana münasibəti kökündən yanlışdır”
"Gürcüstan Baş naziri İvanşvili Azərbaycana səfər etdi və o nətəcəyə gəldi ki, o Tiflisdə tələsik və yanlış bəyanat verib. O başa düşdü ki, Azərbaycana münasibəti kökündən yanlışdır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramlı bildirib.
O qeyd edib ki, "Bakı-Tiflis-Qars Azərbaycan üçün nə qədər əhəmiyyətlidirsə, Gürcüstan üçün də bir o qədər əhəmiyyətlidir. Çünki bu xətt imkan verir ki, Gürcüstan öz məhsullarını dünya bazarına çıxara bilsin. Söhbət burada həm də Gürcüstanın maraqlarından gedir. Ona görə də Bakı-Tiflis-Qars layihəsi ilə bağlı Gürcüstanın Baş nazirinin bəyanatı kifayət qədər təəccüb doğurdu. Ancaq Azərbaycana səfəri zamanı İvanşvilinin özünün verdiyi tələsik verdiyi qərara etiraz etdi. Gürcüstanın Baş naziri ölkəmizə səfəri zamanı Bakı-Tiflis-Qars dəmiryol xəttinin Gürcüstan üçün nə qədər əhəmiyyət kəsb etdiyini yəqin etdi. Bu layihənin reallaşmasında birmənalı olaraq Azərbaycanın rolu böyükdür. Bu layihə həm də region üçün çox önəmlidir. Azərbaycan tərəfi dəmiryolu xətinin reallşması üçün Gürcüstan tərəfinə 2 dəfə uzun müddətli kredit verib. Bakı-Tiflis-Qars-Ahalxalaki dəmiryolu xətttinin inşasına sərf olunan vəsait də Azərbaycana məxsusdur. Gürcüstan tərəfinə layihələrin həyata keçirilməsi ilə bağlı Azərbaycan tərəfinin verdiyi uzun müddətli kreditlər də bir dostluq mesajıdır. Bütün bunlara rəğmən Gürcüstan Baş nazirinin məsələlərə kritik yanaşması təbii ki, düz deyildi".
İqtisadçı-ekspert Azərbaycanın Gürcüstana qazandırdığı uğurlara da diqqət çəkib. O bildirib ki, əgər fikir versək, Gürcüstanın son illər əldə etdiyi yüksək iqtisadi göstəricilərdə Azərbaycanın rolu çox böyükdür: "Digər tərəfdən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda ən iri vergi ödəyicisidir. Gürcüstanın büdcəsinin formalaşmasında Azərbaycan mühüm rolu olmuşdur. Azərbaycan 1 milyard kub metr mavi qazı ucuz qiymətə Gürcüstana nəql edir. Halbuki, bu qiymət Avropa ilə müqayisədə təxminən 80 faiz ucuzdur."
İqtisadçı ekspert V.Bayramlı bildirib ki, Gürcüstan baş naziri İvanşvili Azərbaycana səfər etdi və o nəticəyə gəldi ki, o Tiflisdə tələsik və yanlış bəyanat verib. O başa düşdü ki, onun Azərbaycana qarşı münasibəti və Bakı-Tiflis-Qars layihəsi ilə bağlı fikirləri kökündən yanlışdır: "Azərbaycan Gürcüstanın ən ağır günlərində yanında olub. Nəzər almaq lazımdır ki, Gürcüstanla Rusiya arasında münasibətlər soyuyan kimi Rusiya qazın nəqlini də dayandırdı, ancaq Azərbaycan Gürcüstana qaz nəql etməklə gürcülərin qış aylarında soyuqdan donmasının qarşısını aldı. Azərbaycan dəfələrlə Gürcüstana yardım əlini uzadıb. Rəsmi Tiflis etiraf etməlidir ki, Gürcüstana Azərbaycana həmişə dəstək gəlib. Əgər Rusiya-Gürcüstan münasibətləri o vaxt soyuyanda Azərbaycan kömək etməsəydi gürcülər yaranan mənfi ünsürləri uzun müddət aradan qaldıra bilməzdi. Azərbaycan regionda super güc olaraq Ermənistanı bütün layihələrdən təcrid edib və bu da Ermənistan üçün ağır nəticələr gətirib çıxarıb. Torpaqlarımız azad olmayınca da belə olacaq. Ancaq Gürcüstan Azərbaycanın regionda dünya əhəmiyyətli həyata keçirdiyi layihələrdə iştirak etməklə, eləcə də Bakı-Tibilisi-Ceyhan boru kəmərinin Gürcüstan ərazisindən keçməsi ilə o böyük divident qazanır. Odur ki, Gürcüstan Baş naziri bu cür bəyanatı verməmişdən öncə bütün biu faktorları nəzər almalı idi".
Samir Feyruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB