Binali Yıldırım: "Bakı-Tbilisi-Qars dəmir yolu regionun strateji layihəsidir"
Qars vilayətinə səfər edən Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) regionun strateji layihəsidir və regional əməkdaşlığın parlaq nümunəsidir. Nazir deyib ki, Orta Asiya və Qafqazı Türkiyə ərazisindən Avropa və Uzaq Şərqlə birləşdirəcək bu layihə bölgənin tərəqqisində mühüm rol oynayacaqdır.
B.Yıldırım bildirib ki, BTQ dəmir yolunun Türkiyədən keçən 76 kilometrlik hissəsində işlər davam edir. Gələn il bu işlər daha da sürətlənəcəkdir. Biz istəyirik ki, 2013-cü ilin sonunda bu yol Bakıdan Qarsa qədər tamamlansın və sınaq səfərləri həyata keçirilsin. Layihənin 26 kilometrlik Gürcüstan hissəsində də işlər davam edir. Axalakalikdən Tbilisi və Bakıya qədər olan qalan 160 kilometrlik məsafədə isə yenidənqurma işləri aparılır. Bütün bu işlər 3 milyard türk lirəsi, Türkiyə hissəsinin tikintisi isə 1 milyard türk lirəsinə başa gələcəkdir. Bu günədək Türkiyə hissəsinə 350 milyon türk lirəsi vəsait qoyulub. Digər mühüm məsələ - Qars Logistika Mərkəzinin tikintisi və Naxçıvan-Qars dəmir yoludur.
Naxçıvan-Qars layihəsini iki ölkə arasında mühüm bir dəmir yolu adlandıran türkiyəli nazir deyib ki, hazırda layihə-smeta işləri aparılır. Ümumilikdə 335 kilometr olacaq və 1,5 milyard dollar vəsait ayrılacaq bu dəmir yolu ilə biz sadəcə Naxçıvanı Qarsa deyil, eyni zamanda, Ərzurumdan keçməklə bütün Türkiyə xəttinə birləşdiririk. Daha sonra, İran vasitəsilə Naxçıvandan Orta Asiya və Yaxın Şərqə də alternativ yol olacaqdır.
Oqtay Bayramov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB