Neftin bahalaşması davam edib

Dekabrın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 2,37 dollar və ya 2,7% artaraq 1 barelə görə 90,98 dollar olub.

SİA-nın məlumatına görə, dekabrın 26-da ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,27 dollar və ya 2,1% artaraq 111,07 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə