"Caspian Energy" jurnalının 2012-ci ildə Xəzər-Qara dəniz regionu və Avropa İttifaqı ölkələrinin iqtisadi inkişafının yekunlarına həsr olunmuş 75-ci nömrəsi çapdan çıxmışdır. Jurnalda Çexiya Respublikasının baş naziri Pyotr Neçasın, Avropa İttifaqının vitse-prezidenti, sənaye və sahibkarlıq üzrə Avropa komissarı Antonio Tayaninin, Litva Respublikasının energetika naziri Arvidas Sekmokasın və başqalarının eksklüziv müsahibələri dərc olunmuşdur.
"Statoil ASA" şirkətinin beynəlxalq araşdırma və hasilat üzrə icraçı vitse-prezidenti Lars Kristian Bakerin dünyada şirkətin 40 illik, Xəzərdə isə 20 illik fəaliyyətinə həsr olunmuş geniş müsahibəsi ayrıca təqdim edilmişdir.
Jurnalda 2012-ci ildə dünya neft-qaz şirkətlərinin "Caspian Energy Rating" şirkəti tərəfindən hazırlanmış reytinqi dərc olunmuşdur.
"Caspian Energy Raiting" şirkəti "Caspian Energy İnternational Media Group" şirkətinin yeni struktur bölməsidir. Bu bölmə "Caspian Energy" jurnalının və "Caspian Energy Investor" qəzetinin hər nömrəsində reytinqlər və "Caspian Energy Alliance" şirkəti ilə birlikdə aparılmış marketinq tədqiqatlarının nəticələrini dərc edəcəkdir.
Qeyd edək ki, "Caspian Energy" jurnalı dünyanın 50 ölkəsində yayılır. Jurnalın hər nömrəsində MDB və Aİ ölkələri prezidentlərinin və baş nazirlərinin, habelə iri transmilli şirkətlərin başçılarının müsahibələri və aparıcı ekspertlərin analitik materialları dərc olunur.
2012-ci ildə "Caspian Energy" jurnalının bundan əvvəlki nömrələrində Rumıniya Prezidenti Trayan Beseskunun, Latviya Respublikasının Prezidenti Andris Berzinşin, Litva Respublikasının Baş naziri Andrüs Kubilyusun, Sloveniya Respublikasının Baş naziri Yanez Yanşın, Ukraynanın Baş naziri Nikolay Azarovun müsahibələri çap olunmuşdur.
Müxtəlif rəylərə görə, "Caspian Energy" jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının beş əsas sahə nəşri sırasına daxildir və bir çox investorlar üçün burada öz fəaliyyətini müəyyənləşdirməkdə istiqamətverici qüvvə hesab edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB