"Bakıelektrikşəbəkə" gücləndirilmiş iş rejimində işləyəcək
"Bakıelektrikşəbəkə" bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək. Gələn həftədən etibarən "Bakıelektrikşəbəkə" ASC-nin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
"Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, bayram və istirahət günlərində əməkdaşlarımız enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, həmçinin baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün əlavə maşın mexanizimləri ayrılacaq. Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi günlərdə aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılmasını təmin edəcək. Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunacaq, avadanlıq və material ehtiyatı təmin ediləcək.
T.Mustafayev abonentləri elektrik enerjisinə görə yarana biləcək hər hansı problemlər haqqında "199 - Qəza Xidməti"nə zəng vurmalarını da deyib. O vurğulayıb ki, yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB