Bu gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. SİA-nın məlumatına görə, dəyişikliklər İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara xidmət göstərilməsini əhatə edir. Mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsinə görə vəzifəli şəxslər 2000 manat miqdarında, hüquqi şəxslər 10000 manat miqdarında cərimə edilir. Xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər 4000 manat miqdarında, hüquqi şəxslər 20000 manat miqdarında cərimə edilir.
Mobil operator tərəfindən telekommunikasiya şəbəkəsinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsinə görə vəzifəli şəxslər 5000 manat miqdarında, hüquqi şəxslər 250000 manat miqdarında cərimə edilir.
Qeyd edək ki, qanun 2013-cü il aprelin 1-dən qüvvəyə minəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB