Bahalaşma bu gün də davam edib

Dekabrın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,73 dollar və ya 0,8% artaraq 1 barelə görə 87,93 dollar olub.

SİA-nın xəbərinə görə, dekabrın 18-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,14 dollar və ya 1,1% artaraq 108,78 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə