Azərbaycanın "Gürzə" adlı yeni post-patrul maşını

Azərbaycanın "Gürzə" adlı yeni post-patrul maşını

Bu maşınla düşmənin yerüstü və hava hədəflərini məhv etmək mümkündür

Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən yeni post-patrul kəşfiyyat maşını hazırlanıb. Bunu Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, 23 mm-lik top, iki ədəd 7.62 mm çaplı pulemyot, AQ-17 qumbaraatan, tüstü buraxıcı qurğu, həmçinin zəruri kəşfiyyat vasitələri ilə təchiz olunan maşın vasitəsilə ordunun kəşfiyyat imkanları yüksələcək. Eyni zamanda düşmənin həm yerüstü, həm də hava hədəflərini məhv etmək mümkündür.

Nazir bildirib ki, MSN-in müəssisələrində MT LB tipli maşının üzərində 15 lüləli reaktiv atəş sistemi də yaradılıb. Bu sistem düşmənin canlı qüvvəsi, sığınacaqları və hərbi texnikasını məhv etmək üçün nəzərdə tutulur. Bu maşının silahlanmasında həmçinin 57 mm-lik raketlərdən istifadə olunur.

Onun sözlərinə görə, MSN tərəfindən "Gürzə" adlı yeni post-patrul maşını da yaradılıb. Bu maşın 2 ədəd 7.62 mm-lik və 1 ədəd 12.7 mm-lik pulemyotla silahlandırılıb. Maşın güc strukturları üçün nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə