Neft bahalaşıb

Dekabrın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,84 dollar və ya 1,0% artaraq 1 barelə görə 86,73 dollar olub.

SİA-nın xəbərinə görə, dekabrın 14-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,72 dollar və ya 1,6% artaraq 108,18 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə