"Vətəndaşların əmanətlərini geri alması üçün müraciət etməklə bağlı verilən vaxtın sona çatmasına 18 gün qalıb. Bununla belə əmanətlərin qatarılması prosesi 2013-cü ildə də davam edəcək". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramlı deyib.
İqtisadçı-ekspertin sözlərinə görə, qanuna əsasən əmanətlərin qaytarılması ilə bağlı müraciətin vaxtı 2012-ci ilin dekabrın 31-də sona çatacaq: "Hazırda 500 milyon manat vəsait vətəndalşara geri qaytarılıb. 2013-cü ildə də əlavə olaraq 500 milyon manatın ödənilməsi nəzərdə tutulub. Bəzi vətəndaşlara əmənətlər qaytarılarkən az ödəniş edilib. Bu da ilkin dövrlərdə müəyyən məntəqələrdə hesablama sistemində buraxılan səhvlərlə bağlıdır. Lakin hazırda həmin vətəndaşların əmanətlərinin tam ödənilməsinə başlanılıb".
Vüqar Bayramlı bu gün əmanətlərin qaytarılmasında varislik probleminin öndə olduğunu deyib: "Vətəndaşlar bunula bağlı müəyyən çətinliklərlə qarşılaşırlar. Lakin onlar bilməlidirlər ki, varis olaraq əmanətləri geri almaq istəyən vətəndaşlarımız da varislik sənədi olmadan belə məntəqələrə müraciət edə bilərlər. Çünki, varis şəxsin adı çəkilən sənəd olmadan belə əmanətlərin geri qaytarılması istiqamətində xidmət götərən məntəqələrə müraciət etmək hüququ var. Nəzərə alsaq ki, proses 2013-cü ildə də davam edəcək. O zaman varislik sənədi olmayan və ya varislik sənədinin təsdiqlənməsini gözləyən vətəndaşlarımız da məntəqələrə müraciət edə bilərlər. Daha sonra 2013-cü ilin istənilən ayında varislik sənədini alaraq digər sənədlərlə birlikdə məntəqələrə müraciət edib əmanətlərini geri ala bilərcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB