Neft bahalaşıb

Dekabrın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,98 dollar və ya 1,1% artaraq 1 barelə görə 86,77 dollar olub.

SİA-nın xəbərinə görə, dekabrın 12-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,53 dollar və ya 1,4% artaraq 109,54 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə