İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Abşeron rayonu, Hökməli qəsəbəsində "Qaradağ-H" MMC-yə məxsus istehsalat sahəsində yoxlama aparıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, yoxlama zamanı "Qaradağ-H" adlı M-300 markalı sementin uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə "Qaradağ-H" adlı M-400 markalı sementin ümumi təyinatlı olduğu halda, onun etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verildiyi müəyyən edilib. Bundan başqa, müəssisədə istehsal olunan sementin qablaşdırıldığı kisələrin üzərində netto və brutto çəkilərinin göstərilmədiyi, habelə heç bir normativ texniki sənədə əsaslanmadan istifadə qaydası və qatışığın hazırlanması barədə məlumatlar verildiyi aşkarlanıb.
Bununla əlaqədar, Dövlət Xidməti MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB