Dəmiryol kassaları ləğv edilir

Hazırda Azərbaycanın dəmir yollları sistemində biletlərin 30%-i "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmi veb-saytı vasitəsilə onlayn rejimdə satılır. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə verdiyi açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirov bildirib. Onun sözlərinə görə, qurumun rəhbərliyi biletlərin onlayn satışı ilə əlaqədar olaraq bəzi rayon mərkəzlərində dəmir yolu biletlərinin satış kassalarını ləğv edib. "Artıq bəzi rayon mərkəzlərində dəmir yolu biletlərinin satış kassalarını ləğv edirik. Çünki əhali əsasən onlayn satış sisteminə müraciət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə