Sentyabrın 15-də "28 May" stansiyasında sökülən köhnə eskalatorların əvəzinə istismara verilən yeni tipli Almaniya istehsalı olan avadanlıqlar burada hərəkətin təşkilində müsbət təsirini göstərir. Metropolitendən SİA-ya verilən məlumata görə, artıq stansiyada eskalatorlara giriş və çıxış zolağında gur saatlarda müşahidə olunan sıxlıq aradan qaldırılıb.
Ötən dövr ərzində elektromexanika xidmətinin eskalator distansiyası avadanlığın istismarı ilə bağlı ortaya çıxan sualları qruplaşdıraraq, məsələni istehsalçı şirkətlə müzakirəyə çıxarmışdı. "Thyssen Krupp" şirkətinin istehsalı olan "Viktoriya" tipli bu maşınlar ilk baxışda "İçərişəhər" stansiyasındakı ilə eynilik təşkil etsə də, iş prinsiplərində bəzi fərqlər var və burada son dövrələrin icadı olan bir neçə üstün texnoloji yenilik tətbiq olunub. Ümumiyyətlə, bir məsələyə də diqqət etmək lazımdır. Metropolitenlərdə hər bir eskalatorun ümumi texniki tələbləri ilə yanaşı, özünəməxsus cəhətləri də olur və bu, xüsusi sənədlərdə əksini tapır.
Eskalator distansiyasının rəisi Elçin İsmayılovdan aldığımız məlumata görə, 1-ci və 3-cü eskaltorların sürahisinin pillələrdən daha sürətlə hərəkət etməsin problemi aradan qaldırılıb. İstehsalçı şirkət bunun üçün sürahini hərəkətə gətirən dişli çarxları yenisi ilə əvəzləməyi təklif ediblər. Almaniyadan gətirilən çarxları eskalator distansiyasının təmir qrupu əvəzləyib və artıq eskalator pillələri ilə sürahi tənzimlənmiş qaydada hərəkət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB