Neft ucuzlaşıb

Dekabrın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,48 dollar və ya 0,5% azalaraq 1 barelə görə 88,61 dollar olub.

SİA-nın xəbərinə görə, dekabrın 3-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,43 dollar və ya 0,4% azalaraq 110,49 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə