Dekabrın 6-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İtaliya biznes forumu keçiriləcək. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə sənaye, tikinti, İKT, mebel istehsalı, mədəniyyət, turizm, bankçılıq və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcək.
Biznes forumda Azərbaycan və İtaliyanın iqtisadiyyatına dair təqdimatlar və iş adamları arasında ikitərəfli görüşlər də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB