TANAP layihəsi üzrə işlər qrafik üzrə aparılır

TANAP layihəsi üzrə işlər qrafik üzrə aparılır

Trans Anadolu Qaz Kəməri layihəsi (TANAP) çərçivəsində yeni qaz kəmərinin keçəcəyi ərazinin müəyyənləşdirilməsi üzrə işlər görülür. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, layihənin reallaşdırılması üzrə işlər qrafikə uyğun aparılır və ərazilərin müəyyənləşdirilməsi prosedurunun başa çatmasından sonra topraqların alınması prosesinin təmin olunmasına başlanacaq: "İşlər normal rejimdə müəyyən olunmuş qrafikə uyğun aparılır. Habelə əvvəllər TANAP layihəsində iştirakda maraqlı olduqlarını bildirən "Şahdəniz" qaz kondensat yatağının işlənməsi üzrə konsorsiumun iştirakçıları ilə də danışqılar aparılır".

İlkin məlumatlara görə, tərəfdaşlar TANAP layihəsində iştirakın 29 faizini aşağıdakı kimi paylaşmaq niyyətindədirlər: "Statoil" və BP - hər biri 12 faiz, "Total", - beş faiz.

Bütün xəbərlər Facebook səhifəmizdə