Pensiyalar azaldılacaq?

Milli Məclisin bugünkü iclasında Dövlət Sosial Müdafiə Fondunun 2013-cü ilin dövlət büdcəsi açıqlanıb. SİA-nın məlumatına görə, DSMF-nin sədri Səlim Müslümov çıxışında bildirib ki, pensiya müavinətlərinin əhaliyə çatdırılması xərcləri üzrə nəzərdə tutulan 20 milyon manatın 300 min manatı azaldılaraq həmin xərclərin sanatoriya kurort müalicəsi sağlamlaşdırma tədbirlərinin və sığorta olunanların sağlamlıq düşərgələrində istirahətlərini təşkili maddəsinə əlavə edilməsi nəzərə alınıb.

Həmin maddə üzrə xərclər 17,45 milyon manatdan 17, 75 milyon manata qaldırılıb. Pensiya müavinətlərinin əhaliyə çatdırılması isə 20 milyon manatdan 19, 7 milyon manata endirilib.

Kapital bankın rəhbərliyi 30 yeni bankamatın yeni ilin əvvəlində Azərbaycan gətiricəyini və digər ərazilərdə də həmin bankamatların quraşdırılacağını elan edib. Beynəlxalq Bank tərəfindən isə bir stasionar, iki səyyar bankamat istifadəyə veriləcək.

Bununla yanaşı, Şirvan şəhərinin iki qəsəbəsində əlavə bankamatların qoyulması məsələsi də öz həllini tapıb. Eyni zamanda, Tovuz rayonunun sərhədyanı kəndlərində də yeni bankamatlar quraşdırılacaq.

Qeyd edək ki, iclasda gələn il üçün yaşayış minimumu, ehtiyac meyarının həddi, Milli Məclisin xərclər smetası və Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında qanun layihəsi də təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə