Qara dəniz regionu ölkələrinə təklif

Qara dəniz regionu ölkələrinə təklif

Türkiyə və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli iqtisadi əlaqələrə Qara dəniz ətrafındakı ölkələr də qoşulmalıdır. SİA-nın məlumatına görə, bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Məclisinin Türkiyə nümayəndə heyətinin rəhbəri İsmayıl Safi qurumun Bakıda keçirilən 40-cı Baş Assambleyasının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"QİƏT PM Bakıda keçirilən iclası zamanı Türkiyə və Azərbaycanın 300-ə yaxın iqtisadi sahəsində çalışan şəxsləri görüşdü, 1000-ə yaxın müqavilələr imzalandı. Bu işbirliyinə digər QİƏT üzvü olan ölkələr də qoşula bilər və bundan öz səmərəsini götürə bilər", - o deyib.

Safi qeyd edib ki, QİƏT ölkələrinin iqtisadi əlaqələrinin inkişaf etməsi ilə bütövlükdə regionun inkişafına müsbət təsir göstərə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə