Musa Quliyev: "2013-cü il büdcəsi balanslaşdırılmış, uğurlu bir büdcədir"
Millət vəkili büdcədən danışdı

2013-cü ilin dövlət büdcəsinin əsas hissəsinin sosyalyönümlü olması əhalinin yaşayış rifahının yaxşılaşdırılması baxımından önəmlidir. Bunu "Səs" qəzetinə açıqlamasında millət vəkili Musa Quliyev bildirib.

Millət vəkili qeyd edib ki, 2013-cü il dövlət büdcəsini həm iqtisadi inkşafa yönəlik investisya tutumlu, həm də sosialyönlü büdcə kimi qiymətləndirmək olar: "Bu büdcə Müstəqil Azərbaycan dövründə həm xərcləri həm gəlirləri yüksək olan bir büdcədir və 25 milyard dolları ötmüş bir büdcədir. Müqayisə eləsək ki, 1993-cü ildə dövlətin büdcəsinin gəlir hissəsi 250 milyon dollar olmuşdu. Son 20 ildə isə Azərbaycanın büdcəsi yüz dəfə artıb. Şübhəsiz ki, sosialyönlü büdcədə istər səhiyyə, istər təhsil, istərsə də elmin maliyələşdirilməsi, pensiya və müavinətlərin artırılması öz əksini tapıb. Gələn ildən bizim büdcəmiz imkan yaradacaq ki, əhalinin pul gəlirləri infilyasyanı təxminən 10 faiz qabaqlasın, əhalinin yaşayış rifahı daha da yüksəlsin. Və bu büdcə balanslaşdırılmış siyasətin ortaya qoyduğu bir büdcədir. Ən önəmli cəhətlərindən biri büdcənin formalaşmasında qeyri-neft sektorunun payının artmasıdır. Bu da müxalifətdə olan bəzi oponentlərin xoşuna gəlmir. Gələn ilin büdcəsi çox uğurlu bir büdcədir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə