Eldar İbrahimov: "Yerli məhsulların rəqabət qabiliyəti artıb"

"Bu da Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafını təmin edib"
Eldar İbrahimov: "Yerli məhsulların rəqabət qabiliyəti artıb"

"Azərbaycan iqtisadiyyatının davamlı inkişafı insanların rifahının yüksəlməsində özünü göstərir"

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar bu ildə də ölkəmizin dinamik inkişafını daha da sürətləndirmiş və bütün iqtisadi sektorlarda, xüsusən də, aqrar sahədə yüksək artım əldə olunmuşdur". Bu fikirləri "Səs" qəzetinə deyən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov onu da bildirib ki, həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını da şərtləndirib.

"Həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını da şərtləndirib. Ötən dövr ərzində əldə olunmuş sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafının təmin edilməsini özündə ehtiva edir. 2012-ci ilin ötən dövrü ərzində Azərbaycanda liberal iqtisadi sistemin daha da dərinləşdirilməsi, diversifikasiya siyasətinin genişləndirilməsi, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə yönündə uğurlu addımlar atılıb. O cümlədən, qeyri-neft sektorunun inkişafını sürətləndirən məqsədyönlü tədbirlərin həyata keçirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması və yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafını təmin edib", - deyə millət vəkili vurğulayıb.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə