"bp Azerbaijan" şirkəti ilk dəfə...

"bp Azerbaijan" şirkəti ilk dəfə...

Şirkət Xəzərin Azərbaycan sektorunun dərin sulu hissəsinə çıxmağa imkan qazanıb

"bp Azerbaijan" şirkəti "Şəfəq-Asiman" perspektiv strukturunda aparılan üçölçülü geofiziki tədqiqatlar nəticəsində əldə edilən məlumatların işlənməsini gələn il başa çatdırmağı planlaşdırır. Bunu jurnalistlərə açıqlamasında şirkətin axtarış və kəşfiyyat məsələləri üzrə vitse-prezidenti Qreq Rayli deyib.

O qeyd edib ki, Dövlət Neft Şirkəti ilə imzalanan müqavilə bp -ə ilk dəfə olaraq Xəzərin Azərbaycan sektorunun dərin sulu hissəsinə çıxmağa imkan verir."Əldə edilən məlumatların işlənməsinin birinci mərhələsi artıq yekunlaşıb, ikinci mərhələ yaxın vaxtlarda başlayacaq və gələn il ərzində tamamlanması planlaşdırılır. Üçölçülü geofiziki tədqiqatlar "Gilavar" geofiziki gəmisi ilə aparılıb. Tədqiqatlar nəticəsində alınan məlumatların işlənməsi ilə "Caspian Geophysical" məşğul olur. İlkin məlumatlara əsasən, struktur üzrə göstəricilər yaxşıdır və şirkət ümid edir ki, burada qaz-kondensat yatağı açıla bilər. Azərbaycan Dövlət Neft Şirkəti ilə imzalanan PSA tipli müqavilə bp -ə ilk dəfə olaraq Xəzərin Azərbaycan sektorunun dərin sulu hissəsinə çıxmağa imkan verir. bp şirkəti perspektiv strukturda kəşfiyyat-qazma işləri zamanı tətbiq edilə biləcək avadanlıq və texnologiyalarla bağlı SOCAR-la müzakirələr aparır."

Bütün xəbərlər Facebook səhifəmizdə