Bəzi rayonlarda qaz olmayacaq

Ucar və Zərdab rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabah 23 noyabr tarixdə saat 11:00-dan 18:00-dək "Lək" və "Zərdab" Qazpaylayıcı Stansiyalarında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri müddətində Zərdab rayonuna və Ucar rayonunun Lək kəndinə mavi yanacağın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə