Noyabrın 27-də Bakıda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçiriləcək. İclasda Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, Komissiyanın 1-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək. Qeyd edək ki, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən İqtisadi İnkişaf naziri Şahin Mustafayev, Serbiya tərəfdən isə Baş nazirin müavini, Xarici və Daxili Ticarət və Telekommunikasiya naziri Rasim Lyaiçdir. Hökumətlərarası Komissiyanın 2-ci iclası çərçivəsində noyabrın 26-da Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Serbiya biznes forumu keçiriləcək. Tədbirdə qida sənayesi, kənd təsərrüfatı, ticarət, maşınqayırma, tikinti, nəqliyyat, turizm, avadanlıqların istehsalı, plastik qablaşdırma və tara istehsalı və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcək. Biznes forum çərçivəsində hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB