Bu gün Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və QKDK-nin institusional inkişafi" adlı Tvinninq Layihəsinin təqdimat mərasimini keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə QKDK-nin sədri Rüfət Aslanlı, Polşanın Azərbaycandakı səfiri Mixail Labenda, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin müvəqqəti işlər vəkili və bir sıra media nümayəndələri iştirak edib.
Tvinninq layihəsinin məqsədi qiymətli kağızlar bazarının və maliyyə xidmətləri göstərən təşkilatların tənzimlənməsi, Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırmaq məqsədilə bu sahədə Azərbaycan Respublikasında qanunvericilik bazasının təkmilləşdirilməsi və Azərbaycan Respublikası QKDK-nin tənzimləyici və institusional potensialının artırılmasından ibarətdir. Hazırkı tvinninq layihəsi qiymətli kağızlar bazarına aid qanunvericiliyi Avropa İttifaqının Direktivləri və digər hüquqi aktlarla uyğunlaşdırmaqda Azərbaycan Respublikası QKDK-ya yardim edəcək.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib ki, dünya iqtisadiyyatında baş verən proseslər qiymətli kağızlar bazarında yeni təkmilləşdirmə yaradıb: "İqtisadi dairələrin növbəti standart adlandırdığı dövrdə yeni davranış modellərinin yaradılması özünü biruzə verməkdədir. Qiymətli kağızlarda aparılacaq islahatlar qeyri-neft sektorunun Azərbaycanda inkişafinı təmin edəcək".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB