Treninq davam edir

Bu gün Tovuz rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı, Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün treninq keçirilib. "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzusunda keçirilən treninqdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar barədə iştirakçılara geniş məluma verilib. Tədbirdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə