Milli Məclisin bugünkü iclasında "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə olunub. SİA-nın məlumatına görə, layihə barədə MM-in Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə məlumat verib. O deyib ki, qanuna təklif olunan dəyişikliklərin əsas məğzi yeni inzibati ərazi vahidlərinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və ya adlarının dəyişdirilməsi, eləcə də sərhədlərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi ilə bağlıdır. Belə ki, qanuna edilən dəyişiklikilə əsasən, şəhərlərin yaradılması mexanizmi də sadələşdirilir. Qanunun qəbulu ilə bir neçə kənd və ya qəsəbə birləşərək şəhər yarada biləcək. A.Rəhimzadə deyib ki, bu, həmin inzibati ərazi vahidlərinin inkişafı, yeni infrastrukturların yaradılması baxımından çox əhəmiyyətlidir.
Qeyd olunub ki, yeni yaradılan rayon inzibati ərazi vahidləri onların mərkəzi olan ərazi vahidinin adlarına, şəhər və şəhər rayonları isə onların əhatə etdikləri ərazidə mövcud ərazi vahidlərinin birinin adına uyğun olaraq adlandırılacaq.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB