Füzuli Ələkbərov: "Sağlam əmək şəraiti məsələsi Azərbaycanda aktualdır"
"Son vaxtlar təhlükəsiz və sağlam əmək şəraiti məsələsi Azərbaycanda aktuallıq təşkil edir". SİA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Əmək Müfəttişlikləri Regional Alyansın 4-cü konfransında jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib.
Nazir qeyd edib ki, konfrans təhlükəsiz və sağlam əmək şəraitinə həsr olunub. Bu mövzu Almaniya Federativ Respublikasında keçirilən Tvinninq layihəsi çərçivəsində də nəzərdə tutulub.
Füzuli Ələkbərovun sözlərinə görə, ölkəmizdə əmək müfəttişləri tərəfindən qeydiyyatda olmayan işçi qüvvəsinin əmək fəaliyyətinə cəlb olunması prosesinin qarşısını almaq üçün bir sıra tədbirlər keçirilir: "Nəticədə 200 mindən çox əvvəllər əmək müqaviləsi olmayan əmək münasibətləri artıq rəsmiləşib. Təbii ki, bu prosesdə digər dövlətlərin də təcrübəsindən istifadə olunub".
Qeyd edik ki, Əmək Müfəttişlikləri Regional Alyansı 2008-ci ildən yaranıb, 2010-cu ildən etibarən isə Azərbaycan bu Alyansa rəhbərlik edir.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB