Dünya birjalarının verdiyi məlumata görə, WTI markalı neftin bir bareli 2,36 dollar və ya 2,7% faiz bahalaşıb. Bu markadan olan "qara qızıl"ın qiyməti 89,28 dollara çatıb. "Brent Crude Oil" markalı neftin qiyməti isə 2,75 dollar və ya 2,5% artaraq, 111,7 dollar təşkil edib.
Ekspertlərin gəldiyi qənaətə görə, neftin qiymətində baş verən kəskin bahalaşmaya səbəb Yaxın Şərqdəki münaqişənin böyüməsi və ABŞ-da dövlət xərclərinin ixtisarı, eləcə də, 2013-cü ildə büdcə kəsirinin azaldılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB