Dörd ilə 5 yeni stansiya

2016-cı ilə qədər Bakı Metropoliteni 5 yeni stansiyanı istismara verəcək

Bakı Metropoliteni 2016-cı ilə qədər 5 yeni stansiyanı istismara verməyi planlaşdırır. SİA-nın xəbərinə görə, bu barədə qurumun rəsmi saytı məlumat verir. Məlumatda qeyd olunur ki, şərti adları "Həzi Aslanov-2", "Köhnə Günəşli" və "Yeni Günəşli" olan stansiyalar 2016-cı ilə qədər fəaliyyətə başlamalıdır. Həmçinin, "Avtovağzal" və şərti adı "Memar Əcəmi-2" olan stansiyalar 2014-cü ilin birinci yarısına qədər istismara verilməlidir.

Bakı Metropoliteni ümumi uzunluğu 34,6 km olan 2 xətt və 23 stansiyadan ibarətdir, 2030-cu ilə kimi xətlərin və stansiyaların sayı 5 dəfə artacaq və xətlərin ümumi uzunluğu 119 km olmaqla 76 stansiyadan ibarət sistemə çevriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə