Dünyanın ən bahalı şirkəti "Apple"-ın səhmləri noyabrın 15-də hərracda 2.1 faiz azalaraq 525,6 dollara bərabər olub. SİA-nın "lenta.ru" saytına istinadən verdiyi məlumata görə, "Apple" şirkətinin kapitallaşdırma dəyəri 500 milyard dollardan aşağı düşüb. Hərracların bağlanmasından sonra "Apple"-ın səhmlərinin qiyməti daha 0,75 faiz ucuzlaşıb.
Son ay ərzində "Apple"-ın kapitallaşdırma dəyəri 17 faizdən çox azalıb. Lakin ümumilikdə ilin əvvəlindən şirkətin səhmlərinin qiyməti təxminən 30 faiz artıb. 1 səhm üçün 700 dollar səddi 2012-ci il sentyabrın ortalarında əldə olunmuşdu. "Mashable" portalı qeyd edib ki, investorlar "Apple" səhmlərini bir neçə səbəbdən satırlar.
Onlardan ən əsası "iPhone 5″ smartfonunun satış həcminin aşağı olmasıdır. Bunun da səbəbi smartfona olan aşağı tələbatla deyil, şirkətin xeyli sayda sifarişlərin öhdəsindən gələ bilməməsi ilə bağlıdır.
Qeyd edək ki, "Apple"-ın səhmlərinin qiymətinin xeyli aşağı düşməsinə baxmayaraq, şirkət hələ də dünyanın ən bahalı şirkəti hesab edilir. İkinci yerdə qərarlaşmış "Exxon Mobil" şirkətinin dəyəri 392 milyard dollar qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB