İlk pillədə ABŞ qərarlaşıb
Dünya Qızıl Birliyi dünyada ən çox qızıl ehtiyatı olan ölkələrin adlarını açıqlayıb. Araşdırmalar zamanı məlum olub ki, Amerika Birləşmiş Ştatları dünyanın ən çox qızıl ehtiyatına malik ölkəsidir. ABŞ-da 8 min 133 ton qızıl ehtiyatı var.
İkinci yerdə Almaniya gəlir. Mərkəzi Avropa ölkəsinin qızıl ehtiyatı 3 min 395 tona bərabərdir. Siyahıda İtaliya 2 min 451 ton qızılla üçüncü yerdədir.
Ötən il olduğu kimi qonşu Rusiya 7-ci yerini qoruya bilib. Rusiyanın 934 ton qızıl ehtiyatı var. Ötən il 11-ci yerdə olan Tayvan isə bu il 423 ton qızl ilə 10-cu yerə yüksəlib.
Ötən il 16-cı yerdə olan qardaş Türkiyə isə bu il siyahıda 11-ci yerə qədər yüksəlib. Lakin Türkiyə siyahıda ən çox qızıl ehtiyatına malik 10 ölkənin siyahısına düşə bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB