Risqli sual cavabını tapdı

Maliyyə naziri Samir Şərifov ötən iclaslarda deputatlar tərəfindən verilən sualları cavablandırıb. SİA-nın məlumatına görə, büdcə layihəsində neftin 1 barelinin qiymətinin 100 dollar olması ilə bağlı risklərin yaranacağı ilə əlaqədar millət vəkillərinin narahatlığına münasibət bildirən Samir Şərifov deyib ki, dövlət büdcəsinin gəlirlərinin strukturu elə qurulub ki, bir qismi gömrük, vergi daxilolmaları və Neft Fondundan transferlər hesabına formalaşır.

"Büdcəyə Neft Fondundan transfer neft rəqəmləri ilə bağlı deyil. Vergi daxilolmaları isə qeyri-neft sektorundan, ARDNŞ və ABƏŞ-dən daxil olan vergilərdən ibarətdir. Mənfəət vergiləri müəyyən risklərlə üzləşə bilər. Digər tərəfdən, neftin qiymətinin kəskin düşməsi büdcəyə ciddi risk yaratmayacaq. Biz beynəlxalq vəziyyəti izləyirik və növbəti illərdə neftin qiymətinə dəyişikliklər edilə bilər", -deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə