Azərbaycanla Türkiyə arasında əməkdaşlıq genişlənir

Azərbaycanla Türkiyə arasında əməkdaşlıq genişlənir

"Bu gün Milli Məclisin Aqrar siyasət komitələsinin iclası keçirilib". SİA-nın məlumatına görə, iclasda Azərbaycan və Türkiyə arasında "Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma birgə Müəssisəsi"nin fəaliyyətinin nizamlanması haqqında" Protokolun təsdiq olunması barədə" və hər iki ölkə arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq olunması barədə" qanun layihələrinə baxılıb.

Komitənin sədri Eldar İbrahimov çıxışında bildirib ki, cari ilin sentyabrında Qəbələdə imzalanan I sənəd ölkələrimiz arasında toxumçuluğun, seleksiya işlərinin aparılmasında, yeni sortların yetişdirilməsində mühüm rol oynacaq, kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənməsinə təkan verəcək.

Bu ilin iyununda Bakıda imzalanan II sənəd isə bitki mühafizəsi sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayacaq.

Müzakirələr zamanı deputatlar bildiriblər ki, hər iki sənəd Azərbaycan xalqının milli maraqlarına, kənd təsərrüfatı, bitki mühafizəsi və digər sahələrdə ikitərəfli münasibətlərin genişlənməsinə xidmət edir.

Sonda hər iki sənəd təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə