"Ölkənin şimal dəmir yollarında nəqliyyat vasitələri üçün keçidlərdə şlaqbaumların sayı azdır". Sürücülərin sözlərinə görə, 236 km uzunluğu olan şimal dəmir yolunda ümumilikdə 30 keçid mövcuddur. Bu keçidlərdən yalnız 3-də şlaqbaum qoyulub. Həmin yerlər isə şəhər mərkəzlərinə təsadüf edir. Qalan 27 dəmir yolu keçidində sürücülərin təhlükəsizliyinin qorunması hər kəsin özündən asılıdır. Əvvəllər keçidlərin çoxunda şlaqbaum mövcud olsa da, sonradan ləğv edilib. Elə o zamandan bəri keçidlərdə bədbəxt hadisələr yaşanır.
Ərazidə təhlükəsizliyin tam təmin edilməsi üçün şlaqbaumların qoyulmasını yerli sakinlər də vacib sayırlar. Onların deyirlər ki, belə vəziyyətdə keçiddə hərəkət edərkən qorxu və stress keçiririk. Burada slaqbaumun olmaması müntəzəm problemlər yaradır.
Mütəxxəsislər isə hesab edirlər ki, bu kimi keçidlərdə şlaqbaumların qoyulması zəruridir. Yol mühəndisi Şakir Seyidovun sözlərinə görə, bu tədbir təhlükəsizliyi təmin etməklə, qəza hadisələrinin qarşısını alacaq.
Xaçmaz Dəmir Yol Sahəsinin mühəndisi Tahir Əmirhüseynov bildirib ki, problemlə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nə məlumat verilib və bununla bağlı yaxın vaxtlarda tədbir görüləcək.
Xatırladaq ki, bir neçə ay əvvəl Qaradağ rayonunda da məhz şlaqbaumun olmaması nəticəsində şərnişin avtobusu qatarla toqquşmuşdu. Hadisə zamanı çoxlu sayda insan ölümü və xəsarəti qeydə alınmışdı. Elə bir neçə il əvvəl Qusarçay keçidində də anoloji hadisə 2 nəfərin həyatına son qoymuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB