Noyabrın 14-də Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Dubay Sənaye və Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri Biznes Forumu keçiriləcək. Tədbirdə kənd təsərrüfatı və qida, sənaye, tikinti, təhsil, aviasiya, yük daşınmaları, turizm, ticarət, metallurgiya, tullantıların idarə edilməsi, tekstil və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcəklər.
Biznes forum çərçivəsində hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB