CEIBC Azərbaycanda neft-qaz hasilati məsələlərini müzakirə edəcək

CEIBC Azərbaycanda neft-qaz hasilati məsələlərini müzakirə edəcək

Noyabr ayının sonunda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) dövlət və özəl neft-qaz şirkətlərinin nümayəndələri ilə "Azərbaycanda neft-qaz hasilatı: reallıqlar və perspektivlər" mövzusunda növbəti tədbiri keçiriləcək. "Caspian Energy"-dən SİA-ya verilən məlumata görə, bu haqda Xəzər-Avropa İnteqrasiya İşgüzar Kubunun Prezidenti və baş icraçı direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, tədbirə sədrlik Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, Akademik Xoşbəxt Yusifzadə edəcək.

Qeyd edək ki, tədbir zamanı CEIBC-yə üzv olan şirkətlərinin prezentasiyaları keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə