Rövnəq Abdullayev qazın həcmini açıqladı

Rövnəq Abdullayev qazın həcmini açıqladı

"Bu il qaz anbarlarına tədarük olunan qazın həcmi 350 milyard kubmetrdən çoxdur". SİA-nın xəbərinə görə, bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, əvvəllər Azərbaycanda qaz anbarlarının saxlama həcmi maksimum 1 milyard kubmetr idisə, yenidənqurma və tikinti işlərindən sonra bunun həcmi hər il artırılır: "Bu il ötən ilkindən də çox qaz tədarük etmə imkanı qazanmışıq. Əgər ötən il 3 milyard 250 milyon kubmetr qaz tədarük etmişiksə, bu il ötən ilkindən 100 milyon kubmetr çox qaz toplamışıq".

Vurğulayaq ki, bu gün ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkətin nümayəndələri "Qaradağ" və "Qalmaz" yeraltı qazsaxlama anbarlarında olublar. "Qaradağ" yeraltı qazsaxlama anbarlarında bu gün dünya standartlarına uyğun yeni qazma qurğusu istifadəyə verilib.

R.Abdullayev həmçinin bildirib ki, bu qazma qurğusu vasitəsi ilə Qaradağda əlavə 6 quyu qazılacaq və burada yeni kompressor stansiyaları istifadəyə veriləcək. Bu iş 2013-cü ildə başa çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə