Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev "Qalmaz" yeraltı qaz anbarına baş çəkib. SİA-nın xəbərinə görə, təmirdən sonra yeni quraşdırılmış qazpaylayıcı məntəqənin açılışında iştirak edən Rövnəq Abdullayev burada görülən işlərələ tanış olub. Bu anbar Dövlət Neft Şirkətinin tərkibinə verildikdən sonra ehtiyata vurulan qazın həcmi iki dəfə artırılıb. İstifadə nəticəsində kompressor stansiyası qazpaylama məntəqəsi, korroziyaya uğradığı üçün 2010-cu ildə burada yenidənqurma işləri aparılıb. Yenidənqurma işləri nəticəsində vurulan qazın sutkada həcmi 4 milyon kubmetrdən 8,5 milyon kubmetrə çatdırılıb.
Qeyd edək ki "Qalmaz" yeraltı qaz anbarında görülən tikinti işləri ARDNŞ tərəfindən həyata keçirilir.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB