WTI markalı neft bahalaşıb

Noyabrın 6-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 3,06 dollar və ya 3,6% artaraq 1 barelə görə 88,71 dollar olub.

SİA-nın xəbərinə görə, noyabrın 6-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 3,14 dollar və ya 2,9% artaraq 110,87 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə