Samsung şirkəti satışların ilk beş ayı ərzində 30 milyon Galaxy S3 smartfonu satıb. SİA-nın məlumatına görə, bu barədə şirkətin rəsmi bloqunda yazılıb. Smartfon mayın əvvəlində təqdim olunub, həmin ayın sonunda isə mağazalarda satışa çıxarılıb. Galaxy S III bir neçə konfiqurasiyada satılır. Məsələn, bəzi aparatlar LTE şəbəkəsinə qoşulmanı dəstəkləyir, bəziləri isə dəstəkləmir.
Galaxy S III modelinin korpusunun qalınlığı 8,6 millimetr, çəkisi133 qram təşkil edir. Qurğuda Samsung-un istehsalı olan 1,4 giqahers tezlikli dördnüvəli Exynos 4 Quad prosessorundan istifadə olunur.
Aparat Android 4.0 əməliyyat sisteminin idarəetməsi ilə işləyir və onun quraşdırlmış iki – 8 meqapikselli arxa və 1,9 meqapikselli ön kamerası var. Kameraların hər ikisi videoçarxları HD formatında çəkə bilir. Arxa kamera sürətli rejimdə saniyədə altı ədədədək şəkil çəkmək iqtidarındadır.
2011-ci ildə buraxılmış Galaxy S II smartfonunun satış həcmi analoji dövrdə (beş ay) 9 milyon ədəd təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB