Yeni nəsil "iPad" planşetlərinin satış həcmi 3 milyonu ötüb. SİA-nın məlumatına görə, bu barədə "Apple" şirkəti açıqlama yayıb. Göstəcilərə "iPad Mini" və "Wi-Fi" moduluna malik dördüncü nəsil "iPad" planşetləri daxildir. Hər iki qurğunun "LTE" versiyası bir neçə həftədən sonra işıq üzü görəcək.
"Biz hazırda inanılmaz tələbatı yerinə yetirməkdən ötrü çox səy göstəririk", -deyə şirkətin rəsmisi Tim Kuk bildirib. Şirkətin bəyanatında "iPad 4" və "iPad mini" planşetlərinin satış sayı barədə isə məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB