"ABŞ-da keçirilən prezident seçkiləri dollara öz təsirini göstərməyib". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramlı deyib.
Onun sözlərinə görə, bu, ABŞ-ın dollar məzənnəsinin və bütövlükdə məzənnə siyasətinin banka mənsub olması ilə bağlıdır: "ABŞ-ın qanunvericiliyinə görə bank müstəqildir və dövlətə aid deyil. Bank müstəqil şəkildə məzənnə siyasətini həyata keçirir. Amma dünya bazarında dollar məzənnəsinin avroya nisbətən möhkəmlənməsi müşahidə edilir. Son günlər dolların avroya nistəbətən məzənnəsində artımlar müşahidə olunur. Bir neçə həftə öncə 1 avro almaq üçün 1 dollar 31 sent ödəmək lazım idisə, hal-hazırda 1 avro almaq üçün 1 dollar 28 sent ödəmək kifayətdir. Bu da o deməkdir ki, 1 həftə ərzində dollar avroya nisbətdə 3 sent möhkəmlənib. Bu təbii ki, bu prezident seçkiləri ilə əlaqədar yox, daha çox avrozonada müşahidə edilən böhran ilə bağlı idi".
Ekspert onu da bildirdi ki, eyni zamanda Respublikaçılar qalib gələrsə dolların məzənnəsində müəyyən artımlar müşahidə ediləcək: "Respublikaçılar ixraca meyillidirlər, biznesin dəstəklənməsinə maraqlıdırlar, Obamanın məğlub olduğu şəraitdə dolların məzənnəsinə təsiri qaçılmazdır. Respublikaçılar iqtisadi proqramlara daha çox meyilli olduqları halda, Barak Obama daha çox sosial sahələrin maliyyələşməsində maraqlıdır. Prezident Obamanın hakimiyyətdə qalması, yəni Prezident seçkilərində qalib olması Dünya Bazarına eləcə də dolların məzənnəsinə təsir göstərməyəcək".
Vüqar Bayramlı ABŞ-da keçiriləcək prezident seçkilərinin Azərbaycan manatına da olan təsirindən danışıb. Bildirib ki, bütövlükdə Azərbaycan manatının məzənnəsində heç bir halda dəyişikliklər olmayacaq: "Respublikaçılar hakimiyyətə gəlsə belə, Azərbaycan manatı dollara nisbətən məzənnə itirməyəcək. İlin sonuna qədər və növbəti ildə manatın məzənnəsi dollara nisbətən stabil olaraq qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB