Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, GUAM PA-nın sədri Elton Məmmədov və deputat Əli Məsimli Baltik Assambleyasının 31-ci sessiyasında iştirak etmək üçün noyabrın 7-dən 10-dək Litvada səfərdə olacaqlar.
MM-dən SİA-ya verilən məlumata görə, Vilnüs şəhərində keçirilən toplantıda Şimal və Baltik dövlətlərinin maliyyə bazarlarında əməkdaşlıq mexanizmləri, xarici iqtisadi siyasətin və investisiya layihələrinin inkişafı və digər cari məsələlər müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB