"Taxıl istehsalı 2,8 milyon ton olacaq"

"Taxıl istehsalı 2,8 milyon ton olacaq"

"Gələn il Azərbaycanda taxıl istehsalı ən azı 2,8 milyon ton olacaq". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov belə deyib.

Onun sözlərinə görə, bu qədər məhsulun əldə olunması hava şəraitindən asılıdır. Lakin belə hesab edirəm ki, gələn il Azərbaycanda minimum 2,7-2,8 milyon ton taxıl istehsal etmək mümkün olacaq. Nazir bildirib ki, bu ilin buğda istehsalında ötən ildəkindən fərqli olaraq daha çox taxıl istehsal olunub. Cari ilin 9 ayında ölkədə taxıl istehsalı 2 milyon 763 ton olub. Bundan 1 milyon 844 mini ərzaq buğdasıdır. Bu il ümumulikdə taxıl istehsalında1,6 %, buğda istehsalında isə 1,7 % artım qeydə alınıb.

Narir onu da deyib ki, bu ölkə üçün yaxşı nəticədir. Amma düşünürəm ki, bir neçə il sonra Azərbaycanda iri fermer təsərrüfatları yarandıqdan sonra torpaq sahibləri təsərrüfatdan daha səmərəli istifadə edəcəklər. Nazirlik mövcud imkanlardan istifadə edərək Azərbaycanı taxıl istehsalı ilə tam təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə