"Microsoft" San Fransiskoda keçirdiyi konfransda rəsmi olaraq "Windows Phone 8″ mobil əməliyyat sistemini təqdim edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əməliyyat sistemi bu həftəsonu Avropada, noyabrda isə bütün dünyada satışa çıxarılacaq.
"Microsoft" yeni əməliyyat sisteminin bir sıra xüsusiyyətini iyunda keçirdiyi konfransda açıqlamışdı. San Fransiskodakı tədbirdə isə əməliyyat sistemi rəsmi şəkildə təqdim edilib və sistemin başqa funksiyaları haqqında məlumat verilib. Bu funksiyalardan biri "Kid’s Corner"-dir. Bu funksiya smartfonlarını uşaqlarını işlətməyə verən valideynlər üçün nəzərdə tutulub. "Kid’s Corner" funksiyası uşaqların məhdud sayda applikasıyadan istifadəsinə icazə verir və onların e-poçt, telefon zəngləri, ismarıclara girişinin qarşısını alır.
"Windows Phone 8″ ƏS-də daha bir yenilik onun internet brauzeri "İnternet Explorer 10″-dur. "Microsoft"-un bildirdiyinə görə, "İnternet Explorer 10″ brauzerinin sürəti bundan əvvəlki əməliyyat sistemi "Windows Phone 7.5″-dəkindən 7 dəfə daha çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB