İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Xəzər rayonunda Rəşadət Babazadəyə məxsus mağazada yoxlama aparıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, aparılan yoxlama zamanı mağazada mənşəyi məlum olmayan sement satıldığı, satışda olan "Qaradağ-H" adlı M-400 və M-300 markalı sementlərin etiketlərində çəkilərinin 40kq+‒2 faiz göstərildiyi halda, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən 5-10 faiz az olduğu müəyyənləşdirilib. Qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək. Araşdırmalar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB